Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı, yerli və xarici sənətçiləri “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində keçiriləcək “Performans həftəsi” proqramında iştirak etməyə dəvət edir.
Layihə Xəzər dənizinin ekoloji, mədəni və psixoloji qatlarını araşdırmağa yönəlib.
Müraciətlərin qəbulu: “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində performans həftəsi.
Son müraciət tarixi: 15 iyun 2025
“Su yox olanda dəniz harada bitir?”
Xəzər dənizi uzun müddət istismar obyekti kimi qəbul olunub. Bu gün isə o, həm fiziki, həm də simvolik baxımdan geri çəkilir. Onun sərhədləri dəyişdikcə, onunla bağlı hekayələr və mənalar da dəyişir. Bu açıq müsabiqə sənətçiləri dənizi sadəcə uzaqda olan fon kimi deyil, tarix, hisslər və imkanlarla dolu, yaşayan və daim dəyişən bir canlı material kimi görməyə dəvət edir.
Aşağıdakı sahələr üzrə müraciətlər qəbul olunur:
– Performans
– Zaman kriteriyalı media (video, saund, rəqəmsal texnologiyalar)
– Mətn
– İştirak əsaslı interaktiv yanaşmalar
Biz Xəzər dənizinin hazırkı bölünmüş vəziyyətinə – onun yox olmuş, gərgin və mümkün gələcəyinə dair düşünülmüş, tənqidi və poetik yanaşmalar axtarırıq.
Əsas məlumatlar:
– Müraciət ödənişsizdir və dil məhdudiyyəti yoxdur
– Müraciət üçün son tarix: 15 iyun 2025-ci il
– Müraciətlərin seçim prosesi kurator heyəti tərəfindən aparılacaq
– Nəticələr (qəbul və ya imtina) barədə iştirakçılara 18 iyun 2025-ci il tarixinədək e-mail vasitəsilə məlumat veriləcək
– Seçilmiş iştirakçılara proqram, hazırlıq prosesi və digər detallar haqqında tam məlumat təqdim olunacaq
“Performans həftəsi”-nin bütün tədbirləri YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq. Proqram hazırlıq mərhələləri, seminarlar və əsərlərin ictimai təqdimatlarını əhatə edəcək.
Xəzər dənizi ilə bağlı individual bədii baxış bucaqlarınızı səbirsizliklə gözləyirik.
Qeydiyyat üçün link: https://shorturl.at/d9Pei