...

Yeni qanunun qəbulu istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətini yüksəldəcək – Deputat

Cəmiyyət Materials 4 İyun 2025 11:42 (UTC +04:00)
Yeni qanunun qəbulu istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətini yüksəldəcək – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“İstilik təchizatı haqqında” Qanun yeni tikilən çoxmənzilli binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək. Qanunun qəbulu gələcəkdə istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətini yüksəldəcək.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım komitənin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, bu qanunla istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri müəyyən edilir:

“İstilik təchizatı haqqında” qanun çox mütərəqqi bir sənəddir. Bu qanun Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji siyasətinin, bu sahədə aparılan qanunvericilik islahatlarının tərkib hissəsidir.

Biz qürur duyuruq ki, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Energetika sahəsi ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olaraq, strateji əhəmiyyət kəsb edir. Ona görə də bu sahə ilə bağlı vacib qanunların qəbul edilməsi təbii qanunauyğunluqdur.

Bu qanunların qəbul edilməsi enerji istehsalında, idarəçiliyində və səmərəliliyində ciddi irəliləyişlərin əldə edilməsinə səbəb olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti