...

Qlobal qaz bazarının strukturuna qısamüddətli müqavilələlərin təsiri artmaqdadır - MVM

İqtisadiyyat Materials 4 İyun 2025 14:50 (UTC +04:00)
Qlobal qaz bazarının strukturuna qısamüddətli müqavilələlərin təsiri artmaqdadır - MVM
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal qaz bazarının strukturuna qısamüddətli müqavilələlərin təsiri artmaqdadır.

Trend xəbər verir ki, bunu “MVM CEEnergy” baş direktoru Qabor Orban Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.

“Tədarüklərdə mayeləşdirilmiş təbii qazın (LPG) payı artmaqdadır, habelə qısamüddətli bazarların təsiri də güclənməkdədir. Qısamüddətli bazarlar getdikcə daha böyük əhəmiyyət qazansa belə, ənənəvi uzunmüddətli müqavilələr və regional boru kəməri infrastrukturu əvvəlki kimi ən vacib tədarük elementləri olaraq qalmaqdadırlar. Uzunmüddətli müqavilələlər proqnozlaşdırıla bilməni, investisiya təhlükəsizliyini təmin edir və bu əlbəttə ki, həm alıcılar, həm də satıcılar üçün olduqca önəmlidir”, - deyə o bildirib.

Orban Avropanın qaz bazarının əvvəlki kimi fraqmentləşmiş olduğunu dilə gətirib. Onun sözlərinə görə, bölgədə tədarük çatışmazlığı müşahidə olunur, tələbat strukturunda geosiyasi və regional dəyişikliklər baş verir.

“Əgər xatırlayırsınızsa, Rusiya qazının boru kəmərləri ilə tədarükünün azalması başlayanda ümumavropa LPG strategiyasının hazırlanması təşəbbüsü irəli sürülmüşdü. Təəssüf ki, bu strategiya gerçəkləşməmiş qaldı”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti