...

Narkotik asılılığının müalicəsi hansı halda məcburidir?

Cəmiyyət Materials 4 İyun 2025 15:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

17-25 yaş arası gənclərin narkotik maddələrə meyli xüsusi diqqət tələb edən məsələdir. İnsan beyninin 25 yaşına qədər tam formalaşmadığını nəzərə alsaq, bu yaş qrupuna nəzarət mütləq vacibdir.

Trend-in xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, müasir dövrdə Azərbaycanda narkoloji xidmət bu xəstəlikdən əziyyət çəkənlər üçün əlçatandır:

“Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində narkoloji asılılığın erkən mərhələdə aşkarlanması və xəstələrin müalicəyə cəlb olunması üçün, istər anonim şəkildə, istərsə də adi qaydada müraciət etmək imkanları mövcuddur. Qanunvericiliyə əsasən, 18 yaşından etibarən şəxs yalnız könüllü şəkildə müalicəyə müraciət edə bilər. Məcburi müalicə isə yalnız məhkəmə qərarı ilə həyata keçirilir”.

Direktor əlavə edib ki, narkotik asılılığı təkcə həzz axtarışı və ya özünə zərərvermə istəyi ilə izah oluna bilməz:

“İnsanlar bəzən daxili boşluq, depressiya, özgüvən əksikliyi, stress və şəxsi problemlərdən qaçmaq məqsədilə bu zərərli yola üz tuturlar. Özünü yaxşı hiss etməyən bir şəxs, yaşadığı mənfi emosiyaları yüngülləşdirməyə çalışarkən də narkotikə aludə ola bilər. Valideynlərə tövsiyəmiz odur ki, övladlarında şübhəli davranış və ya əlamətlər müşahidə etdikdə, gecikmədən həkimə müraciət etsinlər”.

Xəbər lenti

Xəbər lenti