...

Özbəkistan Azərbaycandan tranzit həcmini əhəmiyyətli dərəcədə artırıb

İqtisadiyyat Materials 4 İyun 2025 11:49 (UTC +04:00)
Özbəkistan Azərbaycandan tranzit həcmini əhəmiyyətli dərəcədə artırıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Son dörd ildə Azərbaycan infrastrukturu üzərindən yükdaşımalarının həcmi beş dəfə artaraq 2024-cü ildə bir milyon tona çatıb.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti yanında Strateji Və Regionlararası Tədqiqlatar İnstitunun direktoru Eldor Aripov" Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişafının perspektivli istiqamətləri" adlı Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qədər sıx qarşılıqlı əlaqə Azərbaycan və Özbəkistan liderləri arasında yüksək səviyyəli siyasi dialoq və şəxsi etimada əsaslanan münasibətlər sayəsində mümkün olub.

“Son üç ildə biz müttəfiqlik münasibətləri haqqında mühüm saziş imzalamış və qarşılıqlı fəaliyyətin bütün əsas istiqamətlərini əlaqələndirən Ali Hökumətlərarası Şura təsis etmişik. Bu qədər qısa müddətdə bu səviyyədə əməkdaşlıq beynəlxalq praktika üçün nadir nümunədir”, - deyə Aripov vurğulayıb.

O əlavə edib ki, 2017-ci ildən bəri iki ölkə arasında müxtəlif səviyyələrdə təxminən 150 rəsmi səfər baş tutub ki, bu da ikitərəfli dialoqun yüksək dinamikasından xəbər verir.

Aripov həmçinin qeyd edib ki, hazırkı göstəricilər nisbətən mötədil görünsə də, artım templəri olduqca təsirlidir: son səkkiz ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi səkkiz dəfə, birgə müəssisələrin sayı isə beş dəfə artıb. Üçüncü ölkələrdən idxalın əvəzlənməsi və sənaye kooperasiyasının dərinləşdirilməsi istiqamətində fəal iş aparılır.

“Hazırda bizdə avtomobil istehsalı üzrə birgə müəssisələr, eləcə də tekstil və ipəkçilik sahələrində klasterlər fəaliyyət göstərir. Biz eyni zamanda energetika sahəsində, o cümlədən yataqların işlənməsi və “yaşıl” enerji layihələrinin inkişafı istiqamətində əməkdaşlıq üçün də böyük perspektivlər görürük”, – deyə o bildirib.

Aripov Azərbaycanın tranzit potensialının əhəmiyyətini vurğulayıb və Özbəkistanın nəqliyyat-loqistika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu təsdiqləyib.

“Azərbaycan unikal strateji mövqeyə malikdir. Biz Çini və Özbəkistanı birləşdirən dəmir yolu marşrutlarının inkişafında, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam potensialının reallaşdırılmasında maraqlıyıq. Bu istiqamət Azərbaycan tərəfinə də maraqlıdır”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti