...

Erməni təsirlərinin Fransanın Cənubi Qafqaz siyasətini necə forlmalaşdırdığı barədə - Jan-Mişel Brün Baku Network efirində (FOTO/VİDEO)

Siyasət Materials 4 İyun 2025 10:45 (UTC +04:00)
Erməni təsirlərinin Fransanın Cənubi Qafqaz siyasətini necə forlmalaşdırdığı barədə - Jan-Mişel Brün Baku Network efirində  (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Baku Network-ün “Real dünya nizamı” adlı proqramının son buraxılışında aparıcı Elnur Ənvəroğlu fransız “La Gazette du Caucase” qəzetinin baş redaktoru Jan-Mişel Brünlə söhbət edib.

Trend xəbər verir ki, Brün Fransanın Cənubi Qafqazla bağlı yürütdüyü siyasəti tənqid atəşinə tutaraq, onu “siyasi şou və ideoloji çaşqınlıqla ehtiva olunmuş uzaqgörən olmayan addımlar silsiləsi” kimi xarakterizə edib. Onun sözlərinə görə, əvvəllər Fransanın Azərbaycanla enerji, nəqliyyat, kənd təsərrüfatı sahəsində sıx əlaqələri olsa da, İkinci Qarabağ müharibəsindən sonra bu əlaqələr “çöküb”, bu isə daha çox Fransanın ziyanındadır.

“Bu bilavasitə Makronun qısamüddətli siyasət və qatı-sağçı ideyaların Fransanın xarici siyasətini müəyyənləşdirməsinə imkan verməsinin nəticəsidir”, deyə Brün vurğulayıb.

Fransadakı erməni diasporunun roluna toxunan Brün, bu diasporanın təkcə lobbiçiliklə kifayətlənməyib, həm də media və akademik çevrələrdə ciddi təsir formalaşdırdığını deyib. Bu isə Fransada Qarabağ münaqişəsi ilə bağlı ictimai rəyə əhəmiyyətli təsir göstərib. Bununla yanaşı, o qeyd edib ki, Fransadakı müsəlman icması “öz sözünü bu qədər güclü şəkildə ifadə etməyib”.

Bu fonda Brün Fransız şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa layihələrində iştirak etmək imkanlarını itirdiklərini dilə gətirib.

“Fransa biznesinin liderləri məyusdur. Bu layihələrə böyük sərmayələr yatırılır, lakin Fransa onlardan kənarda qalır və bunun üçün heç əsaslı səbəb də yoxdur”.

O həmçinin, Fransanın azərbaycanlılarla bağlı baş verən bəzi insidentlərə münasibətini “real strategiyaya əngəl yaradan simvolik siyasət” kimi qiymətləndirib.

Bununla belə, Brün Emmanuel Makronun hələ də kursu dəyişmək şansının olduğunu hesab edir: “Azərbaycan regional sabitliyin hərəkətverici qüvvəsinə və böyük enerji oyunçusuna çevrilir. Fransa məhz bu cür tərəfdaş axtarmalıdır”.

Brün sonda əlavə edib ki, Parisin bu vəziyyəti dəyişdirmək üçün hələ də şansı olsa da, “bu şans heç də daima mövcud olmayacaq”. Onun sözlərinə görə, Fransa siyasi oyunlar ilə ciddi və strateji xarici siyasət arasında seçim etməlidir.

Xəbər lenti

Xəbər lenti