Bakı. Trend:
Digər ölkələrdən Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu ötüb.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Qassan əl-Nuaymi bildirib.
"Bu günə kimi krallığa başqa ölkələrdən 1,5 milyondan çox Həcc ziyarətinə zəvvar gəlib", - deyə nazirliyin nümayəndəsi mətbuat konfransında bildirib.
Ən-Nuaymi həmçinin qeyd edib ki, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyini təmin etmək üçün çalışır. Qurum rəsmisi bildirib ki, nazirlik həcc ziyarəti üçün tələb olunan xüsusi icazənin olub-olmamasını yoxlayan digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.