...

bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji laboratoriyası quracaq

İqtisadiyyat Materials 4 İyun 2025 10:42 (UTC +04:00)
bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji laboratoriyası quracaq
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bərpa olunan enerji laboratoriyası quracaq.

Trend xəbər verir ki, “bp Eksploreyşn Limited” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant vəsaiti hesabına bərpa olunan enerji laboratoriyasının qurulması üçün əsaslı təmir işləri həyata keçiriləcək.

Bununla bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “Greentech Solution” MMC arasında 580 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti