Bakı. Trend:
Avropa İttifaqı üzv dövlətlərə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün yaradılmış Bərpa və Dayanıqlıq Fondundan 335 milyard avronu müdafiə layihələrini maliyyələşdirmək üçün yönləndirməyə icazə verib.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti xəbər verib.
Məlumata əsasən, Avropa Komissiyası (AK) bu proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər son tarix təyin edib.
Bildirilib ki, yalnız bir sıra tələb və hədəfləri yerinə yetirməklə ölkələr fonddan vəsait əldə etmək üçün müraciət edə bilərlər.