Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp polad və alüminiumun gömrük rüsumlarını 25 faizdən 50 faizə qədər qaldırıb.
Trend bu barədə “The Globe and Mail” nəşrinə istinadən məlumat verir.
Nəşrin yazdığına görə, bu addım başlıca olaraq Kanada iqtisadiyyatına misli görülməmiş ağır zərbə vuracaq, belə ki, ABŞ-nin şimal qonşusu ölkənin ən iri polad və alüminium tədarükçüsü hesab olunur. 2024-cü ildə Kanada ABŞ-yə idxal olunan aliminumun az qala yarısına cavab verir.
Kanada ilə ABŞ arasında ticarət məsələlərinə cavabdeh olan Kanada naziri Dominik Leblanın bəyanatına görə, hətta 25 faizlik rüsumlar belə qəbuledilməz idi. Onların əlavə 25 faiz artırılaraq, 50 faizə çatdırılması isə hər iki ölkənin iqtisadiyyatını çətin vəziyyətə salacaq .