...

Xankəndidə əmək yarmarkası keçirilib, yeni vakansiyalar təqdim olunub

Cəmiyyət Materials 4 İyun 2025 21:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Agentlik tərəfindən növbəti əmək yarmarkası Xankəndidə keçirilib.

Bildirilib ki, yarmarkada Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyalar təqdim olunub.

Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti