...

Süni intellekt və kibertəhlükəsizlik “SOCAR Türkiye”nin strategiyasının prioritetlərindəndir - Baş direktor

İqtisadiyyat Materials 4 İyun 2025 14:20 (UTC +04:00)
Süni intellekt və kibertəhlükəsizlik “SOCAR Türkiye”nin strategiyasının prioritetlərindəndir - Baş direktor
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt və kibertəhlükəsizlik “SOCAR Türkiye”nin strategiyasının prioritetlərindəndir.

Trend xəbər verir ki, bunu “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov Bakı Enerji Forumunda çıxışında deyib.

O qeyd edib ki, rəqəmsal keçid – sadəcə dəbə düşmüş bir trend deyil, o bir zərurətdir.

“O olmadan motivasiyanı, rentabelliyi artırmaq, istedadları cəlb etmək və gələcəyin mədəniyyətini formalaşdırmaq mümkün deyil”,- deyə o bildirib.

İbadov eyni zamanda “SOCAR Türkiye”nin anomaliyaların aşkarlanması, neftemalı zavodlarında prosesslərin rəqəmsallaşdırılması üçün süni intellekt həllərinin tətbiqi kimi layihələrindən və kadr hazırlığı üzrə proqramlarından söz açıb. O bildirib ki, əməkdaşların rəqəmsal savadlılığının artırılması kifayət etmir, rəqəmsal axıcılıq da vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti