Bakı. Trend:
“Qaz təchizatı haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.
“Bizim “Enerji effektivliyi haqqında” qəbul etdiyimiz qanun, artıq “Qaz təchizatı haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub, bundan öncə qəbul etdiyimiz bir çox qanunlar bu sahənin inkişafına gətirib çıxarır. Qısa zaman ərzində çox müsbət nəticələr, dinamika var. Bu, göz qabağındadır və təbii ki, bütün bunlara görə Prezident İlham Əliyevə təşəkkür edirik. Çünki enerji məsələsi həm də bir humanizm məsələsidir”, - deyə komitə sədri qeyd edib.