Bakı.Trend:
"Liverpul" "Bornmut"un futbolçusu Miloş Kerkezi heyətinə cəlb edir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasında danışıqların yekunlaşmaq üzrə olduğu bildirilib.
Məlumata görə, transferin gələn həftə açıqlanması gözlənilir.
Qeyd edək ki, Miloş Kerkezin "Bornmut"la müqaviləsi 2028-ci ilin yayına qədərdir. 21 yaşlı macarıstanlı müdafiəçi bu mövsüm komandasının heyətində 41 oyuna çıxaraq 2 qol vurub və 6 qolun ötürməsini edib.