...

Bir ayda 103 nəfər zəhərlənib - KTM-in STATİSTİKASI

Gündəm Materials 4 İyun 2025 10:08 (UTC +04:00)
Bir ayda 103 nəfər zəhərlənib - KTM-in STATİSTİKASI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 30 nəfər sirkə turşusundan, 2-si spirtli içkidən, 8-i ilan sancmasından zəhərlənən şəxslərdir.

Qeyd edilir ki, onlardan 1 nəfər dəm qazından, 14 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 2 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib:

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti