Bakı. Trend:
Cənub Qaz Dəhlizinin infrastrukturuna əlavə investisiyaların cəlb olunması zəruridir.
Trend xəbər verir ki, bunu “MVM CEEnergy”nin baş direktoru Qabor Orban Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, yeni qaz həcmlərinin tədarükünü təmin etmək üçün uzunmüddətli müqavilələrlə bu prosesin dəstəklənməsi vacibdir və bu, Aİ-nin şaxələndirmə tələblərinin bir hissəsinə çevrilməlidir.
“Praktiki dəstək olmadan – xüsusən müqavilələrin bağlanması, maliyyələşmə və yeni infrastrukturun tikintisi olmadan – yeni qaz həcmlərini, xüsusilə Mərkəzi və Şərqi Avropaya cəlb etmək çətin olacaq.
Gördüyümüz kimi, əsas problem infrastrukturda olan "darboğazlardır": Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir və Avropaya daha çox qaz tədarük edə bilmək üçün infrastrukturun inkişafına əlavə investisiyalar tələb olunur”, – deyə Orban vurğulayıb.
O əlavə edib ki, bu kimi layihələrin texniki və siyasi çağırışların öhdəsindən gəlməsi üçün Aİ tərəfindən dəstəyə və əlaqələndirməyə ehtiyacı var.