Bakı. Trend:
Hazırkı tariflər 4-13 dəfə real tariflərdən aşağıdır.
Trend xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.
“Tarif Şurasının qərarına əsasən, 1 kvadratmetr sahənin mövsüm ərzində isidilməsi üçü 30 qəpik tarif müəyyən edilib. Mövcud tarifə əsasən, “Azərenerji”nin istilik enerjisinin “Azəristiliktəchizat”a topdansatış qiyməti 3 manatdır. 1990-cı illərdən sonra tikilib istifadəyə verilən binalarda 1 kvadratmetr yaşayış sahəsinin isidilməsi üçün 60-80, 1990-cı illərədək tikilən binalarda 150-160 kilavat-saat enerji tələb olunur. 1 kvadrat metr sahənin bir aylıq isidilməsi üçün istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Bu mövsüm üçün isə 30 qəpik təyin edilib. Baki İstilik Elektrik Mərkəzinin isitilik enerjisinin maya dəyəri 42,5 manatdır. Biz onu 3 manata satırıq. Hazırkı tariflər 4-13 dəfə real tariflərdən aşağıdır”, - deyə o qeyd edib.