...

Azərbaycan dünya proseslərində mühüm aktor kimi öz mövqelərini inamla möhkəmləndirir - "Əlcəzair-3" Universitetinin politologiya fakültəsinin elmi işçisi

Siyasət Materials 4 İyun 2025 10:15 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünya proseslərində mühüm aktor kimi öz mövqelərini inamla möhkəmləndirir.

Trend xəbər verir ki, bunu “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda konfransda "Əlcəzair-3" Universitetinin politologiya fakültəsinin elmi işçisi Hişam Daud çıxışı zamanı bildirib.

Elmi işçi qlobal siyasətdə artan rolunu qeyd edib və ölkənin beynəlxalq arenada göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb.

"Azərbaycan dünya proseslərində mühüm aktor kimi öz mövqelərini inamla möhkəmləndirir. Bunun parlaq sübutu Bakıda COP29 iqlim konfransı kimi miqyaslı və əhəmiyyətli beynəlxalq tədbirin keçirilməsidir. Bu, təkcə ölkənin qlobal gündəmə töhfəsinin tanınması deyil, həm də regionlar, mədəniyyətlər və maraqlar arasında körpü olmaq qabiliyyətini nümayiş etdirmək imkanıdır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti