Bakı.Trend:
Azərbaycanın müxtəlif etnik qrupların birgə yaşadığı bir cəmiyyət qurması bizi maraqlandırır.
Trend xəbər verir ki, bunu Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda mühazirə zamanı Əlcəzair 2 Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər şəxs (Əlcəzair) Chakib Benhafrı deyib.
Onun sözlərinə görə, Əlcəzair Universitetində Azərbaycan dili mərkəzi yaradıla bilər:
"Hazırda da bizim universitetimizdə 2000-dən artıq türk dili təhsili alan tələbələr var. Əlbəttə, Afrika ilə Azərbaycan arasındakı məsafələr uzaqdır, amma ürəklərimiz yaxındır. Çünki adətlərimiz demək olar ki, eynidir".
"Cəmiyyətlərimiz arasında əlaqələri qurmalı, birgə fəaliyyət göstərməliyik. Hər şeydən əvvəl Azərbaycan Respublikası elə türk respublikasıdır. Məhz buna görə də Azərbaycanın müxtəlif etnik qrupların birgə yaşadığı bir cəmiyyət qurması bizi maraqlandırır", - o əlavə edib.