...

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib

İqtisadiyyat Materials 4 İyun 2025 10:27 (UTC +04:00)
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilmiş “Sərsəng” yedək gəmisi istismara verilib.

ASCO-dan Trend-ə verilən məlumata görə, Gəmi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.

"Bu gəminin uzunluğu 24,72, eni 6,60, bortunun hündürlüyü 3, suya oturumu isə 1,6 metrdir. Maksimum 9 uzel sürətlə hərəkət edəcək gəmi göyərtəsində 3 tonadək yükdaşıma qabiliyyətinə malikdir.

“Sərsəng” ZGTTZ-də tikilmiş sayca altıncı gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, "Həkəriçay", “Bərgüşadçay” və “Azıx” adlı eyni tipli gəmilər inşa olunaraq təhvil verilib.

Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.

Bu gəmilər liman akvatoriyasında, reyd zonalarında və sahildən 20 dəniz mili məsafəyədək ərazilərdə yedəkləmə və manevr əməliyyatlarının yerinə yetirilməsi, eyni zamanda gəmi heyəti və digər personalın daşınması, müxtəlif göyərtə yüklərinin nəqli üçün nəzərdə tutulub", - qurumdan əlavə edilib.

Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən müvafiq sertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti