...

Qlobal çağırışlara rəğmən Azərbaycan COP29-un nəticəliliyiini təmin edib - Yalçın Rəfiyev

İqtisadiyyat Materials 4 İyun 2025 10:42 (UTC +04:00)
Qlobal çağırışlara rəğmən Azərbaycan COP29-un nəticəliliyiini təmin edib - Yalçın Rəfiyev
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qlobal çağırışlara rəğmən COP29-un nəticəliliyini təmin edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycanın COP29-dakı baş danışıqçısı Yalçın Rəfiyev Bakı Enerji Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, COP29 konfransı təkcə əldə olunmuş nəticələrə görə deyil, həm də keçdiyi mürəkkəb şərait baxımından tarixi əhəmiyyət daşıyır:

"Biz COP-un struktur baxımından nə qədər mühüm olduğunu anlamalıyıq. Bakıdakı müzakirələrdə əsas diqqət iqlim maliyyələşməsinə yönəlmişdi ki, bu da əldə olunan razılaşmanın təməllərindən birinə çevrildi. Maliyyələşmə olmadan siz nə emissiyaların azalda, nə də iqlim dəyişikliklərinə uyğunlaşa bilərsiz ", – deyə nazir müavini vurğulayıb.

Yalçın Rəfiyev bildirib ki, qlobal geosiyasi gərginlik və bir sıra ölkələrdə hökumət dəyişikliyi ilə müşayiət olunan mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan COP29-u həm inklüziv, həm də nəticəyönümlü şəkildə təşkil edə bildi.

"Biz elə etməyə çalışdıq ki, neft-qaz istehsalçılarından tutmuş , təmiz enerji tərəfdarlarına kimi – bütün maraqlı tərəflərin səsi eşidilsin. Bütün tərəflərin iştirakı olmadan effektiv enerji keçidi mümkün deyil”, - deyə o əlavə edib.

Diplomat COP29 çərçivəsində diqqət çəkən enerji təşəbbüslərindən də danışıb. O, "yaşıl" enerji mənbələrinin inkişafı, enerji saxlama və ötürmə infrastrukturu, eləcə də yaşıl hidrogenin təşviqinin dayanıqlı gələcək üçün əsas istiqamətlərdən biri kimi önə çıxdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti