Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ dövlət borcunun ölçüsünün məhdudlaşdırılması praktikasından imtina ideyasını dəstəkləyib və belə bir addım atılmasa, iqtisadi çətinliklər riski barədə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, bu barədə D.Trump "Truth Social" sosial şəbəkəsində yazıb.
"Dövlət borcunun limiti tamamilə ləğv edilməlidir. Bu, iqtisadi fəlakətin qarşısını alacaq. Mən bildirməkdən məmnunam ki, bütün bu illərdən sonra senator Elizabet Uorrenlə razılaşdığım bir məsələ var.", - deyə o bildirib.
E.Uorren daha əvvəl bu məsələdə Trampla həmfikir olduğunu bildirərək, ABŞ-nin borc limitinin “həmişəlik aradan qaldırılmalı” olduğunu demişdi.