...

Merab Dvalişvili və Belal Muhammad Bakıda keçiriləcək ilk UFC turnirinin ulduz qonaqları olacaqlar

İdman Materials 4 İyun 2025 16:14 (UTC +04:00)
Merab Dvalişvili və Belal Muhammad Bakıda keçiriləcək ilk UFC turnirinin ulduz qonaqları olacaqlar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

UFC-nin super yüngül çəki dərəcəsində çempionu, gürcü döyüşçü Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı döyüşçü Belal Muhammad UFC-nin Bakı turnirinin ulduz qonaqları olacaqlar.

Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, turnir 21 iyun tarixində Baku Crystal Hall-da baş tutacaq. Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

“Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq”, - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti