Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 26,9 min ton metanol (metil spirti) ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir 8,5 milyon ABŞ dolları olub.
Türkiyəyə metanol ixrac ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3,9 min ton və ya 12,7% azalıb, dəyər ifadəsi ilə 2,6 milyon ABŞ dolları, yaxud da 44,1% artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Türkiyəyə 30,8 min ton miqdarında, 5,9 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 90,7 min ton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 28,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə, Türkiyəyə, Bolqarıstana, Rumıniya, Cəbəllütariqə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixrac edilib.