Bakı.Trend:
Azərbaycanda iyunun 5-ə ola hava proqnozu açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +17 dərəcədən +19 dərəcəyədək, gündüz +26 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağışlı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Səhər əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi
yerlərdə zəif duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +16 dərəcədən +19 dərəcəyədək, gündüz +25
dərəcədən +30 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10
dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.