...

Rusiyanın yarımstansiya avtomatlaşdırma cihazları istehsalçısı Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İqtisadiyyat Materials 4 İyun 2025 11:30 (UTC +04:00)
Rusiyanın yarımstansiya avtomatlaşdırma cihazları istehsalçısı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın yarımstansiyaların avtomatlaşdırılması üzrə cihazlar istehsalçısı "Energoservis" Azerbaycan bazarına daxil olmaq niyyətindədir.

Bu barədə Trend-ə açıqlamasında şirkətin mikroprosessor qurğularının istehsalı və satışı idarəsinin rəisi Bovıkın Vladimir Nikolayeviç 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində deyib.

O, əvvəlcə şirkət barədə məlumat verib: "Rusiyanın şimalında Arxangelsk şəhərində yerləşən şirkət olaraq biz yarımstansiyaların avtomatlaşdırılması, ölçmə, idarəetmə və SCADA sistemləri üçün cihazlar istehsal edirik.

İndi isə buradayq ki, məhsullarımızı Azərbaycanlı həmkarlarımıza təqdim edək".

Şirkət rəsmisi Azərbaycanla əməkdaşlıq imkanlarından da danışıb: "Ümid edirik ki, burada tərəfdaşlar tapacağıq. Hələlik sadəcə buna ümid edirik. Çünki buradakı tərəfdaşların çoxu bizimlə işləməyə hazır deyil, amma ümid edirik ki, onlar məhsullarımıza baxacaq və layihələri, sistemləri üçün faydalı cəhətlər tapacaqlar".

"Məhsullarımızı bir çox ölkələrə ixrac edirik. Məhsullarımız Rusiya, Belarus və Qazaxıstanda çox məşhurdur. Niyə burada da olmasın?

Hazırda biz bəzi Avropa və Asiya ölkələri, eləcə də Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edirik. Amma dediyim kimi, bizim əsas bazarımız Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və sair ölkələrdir", - deyə Bovıkın Vladimir Nikolayeviç qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti