Bakı. Trend:
ABŞ dövlət katibinin müavini Kristofer Landau Ukrayna rəsmiləri ilə Ukraynadakı münaqişənin həlli üçün növbəti addımları müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
"Dövlət katibinin müavini prezident Trampın diplomatik səyləri davam etdirməyə çağırışını xatırladıb və Ukrayna və Rusiya nümayəndə heyətlərinin iyunun 2-də İstanbulda keçirilən görüşündən sonra gələcək addımları müzakirə edib", - deyə bildirilib.
Qeyd olunub ki, K.Landau ilə görüşdə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak və Ukrayna baş nazirinin birinci müavini Yuliya Svırıdenko iştirak ediblər.