Bakı. Trend:
İranın paytaxtı Tehran şəhərində İŞİD qruplaşmasının 13 üzvü saxlanılıb.
Trend-in məlumatına görə, bunu İranın Hüquq-Mühafizə Orqanının sözçüsü Səid Montəzer əl-Mehdi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qruplaşmaya məxsus dəstənin başçısı, kamikadzelər və dəstək üzvlərinin hamısı sursatlarla birlikdə saxlanılıblar.
Polis sözçüsü deyib ki, qruplaşma üzvləri Tehran şəhərində bu gün keçirilməsi nəzərdə tutulan tədbirdə təxribat və partlayış törətməyə cəhd ediblər.
Qeyd edək ki, bu gün İranda İslam İnqilabının banisi Ruhulla Xomeyninin ildönümü ilə əlaqədar tədbirlər keçirilir.