Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
O bildirib ki, telefon danışı zamaı Ukrayna nizamlanması və İranın nüvə məsələsini müzakirə edilib.
"Danışıq yaxşı keçib. Ancaq bu, dərhal (Ukraynda) sülhə gətirib çıxaracaq danışıq deyildi", - deyə D.Tramp yazıb.
ABŞ prezidentinin sözlərinə görə, söhbət bir saat 15 dəqiqə davam edib.