Bakı. Trend:
İtaliyalı mütəxəssis Simone İnzaqi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna baş məşqçi təyin olunub.
Trend-in məlumatına görə, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
Paylaşımda “İtaliyalı dahi buradadır. Simone İnzagi, xoş gəlmisən!” sözlərinə yer verilib.
49 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Simone İnzagi iyunun 3-də İtaliyanın "İnter" klubundan ayrılıb. Mütəxəssisin "Əl-Hilal"da illik 25 milyon avro məvacib alacağı bildirilir.