...

"Google" və Çili fiber optik kabelin Avstraliyaya çəkilməsinə dair müqavilə imzalayıblar

İqtisadiyyat Materials 5 İyun 2025 08:34 (UTC +04:00)
"Google" və Çili fiber optik kabelin Avstraliyaya çəkilməsinə dair müqavilə imzalayıblar

Bakı. Trend:

ABŞ-nin "Google" şirkəti və Çilinin "Desarrollo País" dövlət infrastruktur şirkəti Avstraliyaya fiber-optik kabel çəkmək üçün müqavilə imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə Çilin Xarici İşlər Nazirliyi xəbər verib.

"Valparaiso bölgəsini Avstraliya ilə uzunluğu 14 000 km-dən çox olan kabel vasitəsilə birləşdirəcək bu layihə Çilinin XXI əsrdəki yerini necə gördüyümüzü dəqiq əks etdirir: aktiv beynəlxalq inteqrasiyaya tam sadiq olan və Cənubi Amerika ilə Asiya-Sakit okean regionu ilə Okeaniya arasında körpü olmağa hazır olan açıq, etibarlı ölkə", - deyə Çilinin xarici işlər naziri Alberto Van Klaveren bildirib.

Məlumata əsasən, müqavilə "Google" və "Desarrollo Pais" şirkətlərinin bərabər paylara sahib olacağı "Humboldt Connect" adlı birgə şirkətin yaradılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti