...

ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 4 İyun 2025 15:59 (UTC +04:00)
ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Şimali Karolina ştatında göyərtəsində üç sərnişin olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in “Daily Mail” nəşrinə istinadən xəbərinə görə, insident Şuqar Velli aeroportunun yağınlığında olan dağlıq ərazidə baş verib.

Qəzaya uğramış təyyarənin İkinci Dünya Müharibəsi dövründə (1950-ci ildə istehsalı dayandırılıb) istehsal olunan “Stinson 108 Voyager” layneri olduğu deyilir.

Qəzanın səbəbləri və sərnişinlərin aqibəti barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti