Bakı.Trend:
“Enviromental Protection First” QHT Koalisiyasının təşkilatçılığı ilə “Metsamor" AES-lə əlaqədar brifinq keçirilib.
Trend xəbər verir ki, brifinqdə Türkiyə QHT-lərinə bu mövzuda dəstək ifadə olunub.
Brifinqdə “Enviromental Protection First” QHT Koalisiyasının üzvləri Amin Məmmədov və Sabir Bağırov, ekspert qismində “Rüzgar" Ekoloji İctimai Birliyinin sədri, professor İslam Mustafayev çıxış edib.
Brifinqdə "Metsamor" AES-in fəaliyyəti ilə yanaşı, ekologiyaya ziyan vuran dağ-mədən sənayesi fəaliyyətindən də bəhs edilib.