...

Bəzi dağ kəndlərinə qaz çəkilməsinin səmərəsi yoxdur – Deputat

Cəmiyyət Materials 4 İyun 2025 12:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qubada onlarla kəndə qaz çəkilmir. Qazın ora çəkilməsinin də səmərəsi yoxdur. Çünki orda az adam yaşayır. İkincisi də layihə baha başa gəlir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.

“Azəriqaz”la da müzakirəni edəndə gördük ki, layihə böyükdür və ona o qədər də pul ayırmaq doğru deyil. Hansısa qaydalarla əvəz etmək lazımdır. Dünyada bu bir neçə formatla tənzimlənir. Məişət tullantılarından əldə edilə bilən alternativ enerjilərdən istifadədir. Bu səmərəli layihələrdən biridir. Bu, həm ekeoloji problemlərinin qarşısını alacaq, həm də tullantı poliqonlarının azalasının qarşısını alacaq. Eyni zamanda bu böyük problemi həll edir. Biz büdcədən Elm və Təhsil Nazirli, Müdafiə Nazirliyinə istiliklə bağlı maliyyə ayırırıq, odun üçün pul ayrılır, bu, Ekoligiya Nazirliyini narahat edə bilər. Odunlar üçün ağacları kəsmək lazımdır”, - deyə o bildirib.

Deputat briket fabriklər qurulmasını təklif edib:

“Məişət tullantılarından istifadə olunsun. Bu kifayət qədər poliqonun azalmasına xidmət edəcək. Müəyyən uzaq dağ kəndləri var ki, onlara qaz təchizatı vermək çətindir. Bununla bağlı konsepsiya qurmaq olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti