...

Özbəkistan və Azərbaycan informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirirlər

İqtisadiyyat Materials 4 İyun 2025 12:13 (UTC +04:00)
Özbəkistan və Azərbaycan informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirirlər
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanda bugünə kimi 2800-dən çox informasiya texnologiyaları şirkəti qeydiyyata alınıb və onlardan 10-dan çoxu Azərbaycan kapitalı ilə fəaliyyət göstərir.

Trend xəbər verir ki, bunu “IT Park Uzbekistan”ın biznes inkişafı üzrə direktoru Jahongir Racabov Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişafının perspektivli istiqamətləri" adlı Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclasında çıxışında deyib.

Onun sözlərinə görə, bu müəssisələr Özbəkistanda 100-dən çox iş yerləri yaradıblar və rəqəmsal xidmətləri fəal şəkildə xarici bazarlara ixrac edirlər

“Hazırki toplantı perspektivli layihələrin müzakirəsi və dövlət strukturları ilə özəl sektor arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib platformaya çevrilib", – deyə Rəcəbov vurğulayıb.

O qeyd edib ki, son illərdə Azərbaycan və Özbəkistanın İT cəmiyyətləri fəal əməkdaşlıq edirlər: birgə sərgilərdə, müsabiqələrdə və biznes missiyalarda iştirak edirlər ki, bu da regionda ortaq innovasiya məkanının formalaşmasına təkan verir.

Rəcəbov, həmçinin xatırladıb ki, bu yaxınlarda 30-dan çox özbək startapı Bakıda keçirilən ən iri texnologiya sərgilərindən biri – “InMerge”də iştirak edərək Azərbaycan startapları, investorları və digər regional oyunçularla biznes əlaqələri qurublar.

Növbəti addım sentyabr ayında Özbəkistanda keçiriləcək “ICT Week Uzbekistan” olacaq. Forumda Azərbaycanın da güclü nümayəndə heyəti ilə təmsil olunacağı gözlənilir.

"Biz əminik ki, “ICT Week” ölkələrimiz arasında yeni birgə təşəbbüslərin başlanğıcı, iqtisadi əlaqələrin genişləndirilməsi və innovativ startapların yaradılması üçün əlavə bir fürsətə çevriləcək", - deyə Rəcəbov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti