...

Büdcədə 3 dövlət proqramı üçün nəzərdə tutulan vəsait icra edilməyib – Palata sədri

İqtisadiyyat Materials 3 İyun 2025 12:29 (UTC +04:00)
Büdcədə 3 dövlət proqramı üçün nəzərdə tutulan vəsait icra edilməyib – Palata sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ili əhatə edən əksər dövlət proqramlarının hesabat ili üçün proqnoz və icra məbləğləri barədə məlumatlar (qismən) göstərilsə də, nəzərdə tutulmuş tədbirlər üzrə əldə olunmuş nəticələr barədə məlumatlar hesabatda əks etdirilməyib.

Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr bildirib ki, təqdim olunmuş sənəddə 2 dövlət proqramı üzrə xərclər barədə məlumat verilməyib, 3 dövlət proqramı üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, vəsait icra edilməyib.

“Hesab edirik ki, dövlət proqramlılığı üzrə məlumatlılığın əks olunması və xərclərin proqramlılıq səviyyəsi üzrə dəqiqləşmələr aparılmalıdır”, - V.Gülməmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti