...

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

Cəmiyyət Materials 3 İyun 2025 17:02 (UTC +04:00)
Səhiyyə Nazirliyi əhaliyə çağırış edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən, hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin əhaliyə çağırışında deyilir.

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verir:

  • Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
  • Əl gigiyenasına ciddi riayət edin;
  • Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
  • Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır", - məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti