...

Sosial sığorta haqları üzrə daxilolmalar 12%-dən çox faiz artıb

İqtisadiyyat Materials 5 İyun 2025 10:40 (UTC +04:00)
Sosial sığorta haqları üzrə daxilolmalar 12%-dən çox faiz artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 579 milyon manata yaxın olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz və ya 283,2 milyon manata qədər artıb.

Məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 1 milyard 718,5 milyon manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb və 91,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,9 faiz artaraq 70,3 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 11,2 faiz artıb və 448,6 milyon manata qədər olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 316,5 milyon manatdan çox təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti