...

Babək rayonunda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 5 İyun 2025 09:24 (UTC +04:00)
Babək rayonunda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Babək rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, Leyla Qoçəliyeva Nihat Qoçəliyevin anasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti