Bakı. Trend:
“Apple” korporasiyası lazerli skan texnologiyası ilə təchiz olunmuş qulaqlıqlar yaradıb.
Trend xəbər verir ki, bu haqda “Appleinsider” nəşri məlumat yayıb.
Artıq yeni qulaqlıq ABŞ-nin Patentlər və Ticarət Nişanları Qurumunda müvafiq patentləşmədən keçib.
Patentdə lazer skan sistemi ilə təchiz edilmiş simsiz qulaqlıqlar təsvir olunub. Bu qulaqlıqlar müxtəlif məlumatların, ilk növbədə jestlər və hərəkətlərin toplanması üçün nəzərdə tutulub
Yeni texnologiyadan istifadə etməklə, şirkət jestlər vasitəsilə cihazların idarə olunması üçün mexanizm yaratmaq niyyətindədir. Beləliklə, artıq bəzi AirPods modellərinin köməyi ilə istifadəçilər başlarını tərpətməklə zəngləri qəbul edə və ya rədd edə biləcəklər.