Bakı. Trend:
Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.
Trend xəbər verir ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb.
xxx
09:57
Fövqəladə Hallar Nazirliyinin qüvvələri itkin düşən vətəndaşın axtarışlarına cəlb edilib.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.