Bakı. Trend:
Qazax rayonunda yol qəzası baş verib.
Trend xəbər verir ki, “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılıb.
Hadisə rayonunun Abbasbəyli kəndi ərazisində baş verib.
Qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri - 1997-ci il
təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov,
1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş
Nəbiyev ölüb.
Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb
olunub.
Faktla bağlı araşdırma aparılır.