...

Azərbaycan BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvlüyünə namizədliyini irəli sürəcək

Cəmiyyət Materials 5 İyun 2025 10:24 (UTC +04:00)
Azərbaycan BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvlüyünə namizədliyini irəli sürəcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvlüyünə namizədliyini irəli sürəcək.

Trend xəbər verir ki, bunu BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvü olaraq öz işini davam etdirir:

"Bu il Azərbaycan namizədliyini 2025-2029-cu illər üçün irəli sürəcək. Son illər Azərbaycan turizm sahəsində ciddi nailiyyətlər əldə edib. Turizm sahəsində təsnifatlar işğaldan azad edilmiş ərazilərə də şamil edilib. Azərbaycan enerji xəritəsində strateji tərəfdaş kimi əhəmiyyət kəsb edir".

O qeyd edib ki, Azərbaycan turistlər üçün Avropa ilə regionu birləşdirir:

"COP29 Azərbaycana gələn turist sayını kəskin artırdı".

Xəbər lenti

Xəbər lenti