Bakı.Trend:
Azərbaycan regionda lider ölkədir.
Trend xəbər verir ki, bunu BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Natalia Bayona deyib.
"Sonuncu dəfə Bakıya 6 il əvvəl gəlmişdim. Son 6 ildə əldə edilən nailiyyətlər təqdirəlayiqdir", - o qeyd edib.
Bayonanın sözlərinə görə, turizm iqtisadi sektorlar arasında ən humanist, bəşəri olanıdır:
"Biz gənclərə turizmin onlara təklif etdiyi imkanları nümayiş etdirməliyik".
O qeyd edib ki, Azərbaycan regionda lider ölkədir:
"Azərbaycanı təqdir edirəm. Türkiyə, Albaniya, Yunanıstan və digər ölkələrdə də turistlərin sayını görürük. Avropa hələ də bu sahədə liderdir. Bizim üçün belə bir sektorda olmaq üstünlükdür".