...

"ACWA Power"dan Azərbaycanda yeni layihələri işə salmaq planlarına dair AÇIQLAMA

İqtisadiyyat Materials 3 İyun 2025 16:33 (UTC +04:00)
"ACWA Power"dan Azərbaycanda yeni layihələri işə salmaq planlarına dair AÇIQLAMA
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

“ACWA Power” Azərbaycan və Mərkəzi Asiyada “yaşıl” enerji və su təchizatı layihələrinə sərmayə qoyur.

Trend xəbər verir ki, bunu “ACWA Power” şirkətinin Mərkəzi Asiyadakı regional direktoru Abid Malik Bakı Enerji Forumunda etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, şirkət Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə aktiv şəkildə iri enerji və su layihələrini həyata keçirməkdədir.

“Bizim portfelimiz təxminən 40 ölkəni əhatə edir və ümumi aktivlərimizin dəyəri 107 milyard ABŞ dollarından çoxdur. Özbəkistanda yatırımlarımızın həcmi təxminən 15 milyard dollara çatır. Biz bu ölkədə elektrik enerjisi və suyun ən böyük istehsalçılarıyıq”, – deyə o qeyd edib.

O vurğulayıb ki, “Azərbaycanda ACWA Power” Xızıda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi layihəsini həyata keçirir. İlkin enerji istehsalına artıq bu ilin iyul ayında başlanması gözlənilir, tam gücü ilə fəaliyyət isə cari ilin sonuna nəzərdə tutulur.

Malik bildirib ki, şirkət Azərbaycanda distillə olunmuş su istehsalı üzrə yeni bir layihəyə start verir ki, bu da ölkənin su sənayesi üçün “yeni bir mərhələ” olacaq.

O əlavə edib ki, “ACWA Power” Azərbaycan hökumətinin Energetika və İqtisadiyyat nazirlikləri ilə sıx əməkdaşlıq edərək, Xəzər dənizində həyata keçirilən layihələrin və Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən “yaşıl enerji dəhlizi”nin inkişafı üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti