Bakı. Trend:
Şahdəniz kompressor platforması (Shah Deniz Compression) Bakı yaxınlığında inşa olunacaq.
Trend xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell brifinqin gedişində bildirib.
“Şahdəniz kompressor platforması –Bakının yaxınlığında inşa ediləcək yeni platformadır. Platformada dörd güclü kompressor quraşdırılacaq. Bu platformanın əsas məqsədi – aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin etməkdir, əks halda bu ehtiyatlar işlənməmiş qala bilərdi. Bu, bizim üçün həqiqətən vacib bir layihədir”,- deyə o bildirib.
Onun sözlərinə görə, platforma sahildən veriləcək elektrik enerjisi ilə işləyəcək ki, bu da emissiyaların əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.