...

bp-dən Azərbaycanda yataqların elektrikləşdirilməsi ilə bağlı iri layihələr barədə AÇIQLAMA

İqtisadiyyat Materials 3 İyun 2025 17:41 (UTC +04:00)
bp-dən Azərbaycanda yataqların elektrikləşdirilməsi ilə bağlı iri layihələr barədə AÇIQLAMA
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

bp Azərbaycanda bərpa olunan enerji və yataqların elektrikləşdirilməsi sahəsində iri layihələr gerçəkləşdirməkdədir.

Trend xəbər verir ki, bunu bp-nin baş maliyyə meneceri Ayla Əzizova Bakı Enerji Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, bp şirkəti Azərbaycanla həm ənənəvi neft-qaz sektorunda, həm də bərpa olunan enerji mənbələri sahəsində aktiv əməkdaşlığı inkişaf etdirir.

“Azərbaycanla uzunmüddətli tərəfdaşlığımızdan qürur duyuruq və şadıq ki, gələcək niyyətlərimizi nümayiş etdirmək üçün imkan yaradılıb”, – deyə Əzizova qeyd edib.

“Xüsusilə vurğulamaq istərdim ki, biz Cəbrayıl bölgəsində gücü 240 meqavatt olan günəş elektrik stansiyasının tikintisi layihəsini “SOCAR Green” və digər dövlət qurumları ilə birgə həyata keçiririk. Bu layihənin özəlliyi ondan ibarətdir ki, istehsal olunan elektrik enerjisi Səngəçal terminalına ötürüləcək, bu da yanacaq asılılığını azaltmağa və karbonsuzlaşdırma prosesinə dəstək verməyə imkan verəcək”.

O, həmçinin, bp-nin nəhəng “Şahdəniz” qaz yatağının elektrikləşdirilməsi istiqamətində vacib addımlar atdığını da vurğulayıb.

“2024-cü ildə artıq birinci mərhələni həyata keçirmişik – Alfa platforması qonşu platforma ilə birləşdirilib və hazırda enerjinin bir hissəsi quru mənbəyi ilə təmin olunur. Bu, dizel yanacağından istifadənin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Ümid edirik ki, onilliyin sonuna qədər yatağı tam şəkildə elektrikləşdirə biləcəyik”, - deyə Əzizova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti