...

Ötən il AZIPS, XÖHKS və AÖS vasitəsilə aparılan ödənişlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 5 İyun 2025 11:54 (UTC +04:00)
Ötən il AZIPS, XÖHKS və AÖS vasitəsilə aparılan ödənişlərin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760,2 milyard manat (ÜDM-in 6 misli), ödənişlərin sayı isə 168,6 milyon ədəd olub.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya olunmuş qurumlar üzrə 1200-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunub: "HÖP üzərindən 2024-cü il ərzində emal olunan əməliyyatların həcmi 8,1 milyard manat təşkil etmiş və bu əməliyyatların 71,3%-i nağdsız formada aparılmışdır. Əməliyyatların ümumi həcmi 2023-cü illə müqayisədə 16,4%, o cümlədən nağdsız əməliyyatların həcmi 20,9% artıb".

Bildirilib ki, 2024-cü il ərzində Banklararası Kart Mərkəzi üzərindən milli valyutada emal olunan əməliyyatların həcmi 30,6 milyard manat, xarici valyutada isə 69.,3 milyon ABŞ dolları və 29,6 milyon avro təşkil edib: "31.12.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 19,9 milyon ədəd, bankomatların sayı 3,3 min ədəd, POS-terminalların sayı isə 119,5 min ədəd təşkil edib. 2024-cü il ərzində ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların həcmi 60,9% artaraq 78,9 milyard manat təşkil edib. 2023-cü illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4%, həcmi isə 69,8% artıb".

"Ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 2023-cü illə müqayisədə 8,6 faiz bəndi artaraq 64,2%-ə bərabər olub. 2024-cü ildə internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2023-cü illə müqayisədə 20,7%, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2% artıb", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti