...

İran ölkənin elektrik sənayesində investisiya üçün qonşu ölkələrlə məsləhətləşmə aparıb

Dünya xəbərləri Materials 5 İyun 2025 11:33 (UTC +04:00)
İran ölkənin elektrik sənayesində investisiya üçün qonşu ölkələrlə məsləhətləşmə aparıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ölkənin elektrik sənayesinə investisiyanın cəzb olunması məqsədilə qonşu ölkələrlə məsləhətləşmələr aparıb.

Trend-in məlumatına görə, bunu İran Parlamentinin iqtisadi komitəsinin üzvü Əhməd Ənarəki Məhəmmədi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə mövcud olan elektrik enerjisinin çatışmazlığı bu gün və ya ötən günlə əlaqədar deyil. Əksinə, ötən illərdə yetərli investisiyanın yatırılmaması elektrik çatışmazlığına səbəb olub.

Ənarəki Məhəmmədi deyib ki, ölkənin inkişaf planlarına əsasən, İranın elektrik enerjisi sektorunda ildə 20 milyard dollar dəyərində investisiya yatırılmalıdır. Halbuki bu ötən illərdə baş verməyib.

İranlı parlamentari qeyd edib ki, İranda mədənlər və polad sənayesinin elektrik istehlakı çoxdur. Ölkənin mədən və polad sənayesinin eleketrik sahəsini inkişaf etdirməsi və 10 min meqavatt gücə sahib elektrik stansiyaları inşa etməsi ilə ölkənin elektrik şəbəkəsinin yükü ciddi şəkildə azala bilər.

Qeyd edək ki, İranın elektrik istehsalı potensialı 93 min meqavat saatdan çox təşkil edir.

Əlavə edək ki, İranın energetika naziri Abbas Əliabadinin bildirdiyinə əsasən İranda elektrik istehlakının pik vaxtlarında elektrik çatışmazlığı 24 min meqavatt təşkil edir.

TAVANIR Şirkəti bildirib ki, 3 iyunda ölkədə elektrik istehlakı 65,1 min meqavatt təşkil edib. Elektrik istehlakı 2 iyunla müqayisədə 7,3% çoxdur.

Xəbər lenti

Xəbər lenti