...

Azərbaycan banklarının "Bloomberg" platformasında və REPO bazarındakı əməliyyatları kəskin artıb

İqtisadiyyat Materials 5 İyun 2025 11:40 (UTC +04:00)
Azərbaycan banklarının "Bloomberg" platformasında və REPO bazarındakı əməliyyatları kəskin artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində "Bloomberg" platformasında banklar arasında milli valyutada 101,8 milyard manat məbləğində 3761 əqd bağlanıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu əməliyyatların 97%-nin müddəti 1-3 günlük olub. Hesabat ilində banklararası REPO bazarında 11.5 milyard manat həcmində 723 əqd bağlanıb.

2023-cü illə müqayisədə Blumberq platformasında bağlanılan əməliyyatların həcmi 3.3 dəfə, banklararası REPO bazarındakı əməliyyatların həcmi isə 2.5 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti